RU

Mingəçevirdə maşın piyadanı vurub öldürdü

Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Cebheinfo.az"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də saat 18:00 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"

Избранный
5
3
cebheinfo.az

10Источники