RU

Ronaldonun vurduğu qola elə sevindi ki, huşunu itirdi

AFC Elit Çempionlar Liqasının 2-ci turunun matçında “Əl-Nəsr” doğma meydanda “Ər-Rayyan”ı 2:1 hesabı ilə məğlub edib. Qələbə qolunu 76-cı dəqiqədə Kriştiano Ronaldo vurub.

Publika.az xəbər verir ki, Səudiyyə mətbuatının məlumatına görə, “Əl-Nəsr”in müdafiəçisi Salem Əl-Najdi portuqaliyalı futbolçunun qoluna sevinərkən başından zədə alıb. İlk hissədə əvəzlənən Əl-Nəcdi ehtiyat oyunçular skamyasında olub. Ronaldo qol vurarkən o, yerindən sıçrayıb və bu zaman başı ehtiyat oyunçular skamyasının örtüyünə dəyib. Futbolçu bir neçə dəqiqə huşsuz vəziyyətdə qalıb.

Hakim oyunu dayandırdı ki, Əl-Nəcdi tibbi yardım ala bilsin. Müdafiəçi özünə gəlib və xərəkdə paltardəyişmə otağına aparılıb.

Избранный
12
publika.az

1Источники