RU

Aparıcı Zaurun adı məhkəmədə hallandı : “Pul yığılarkən…”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Turanpress.org Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə Aynur Bayramova ifadə verib.

O bildirib ki, xəstələr pulu onun yanında Nuridə Seyidovaya verib: “Zərərçəkən Kəmalə Nuriyevanı Talassemiya Mərkəzindən tanıyıram. O, pulu mənim yanımda Nuridəyə verib. Digər zərərçəkən Nüşabə Məmmədovadan 34 min manat alınıb. O, Zaur Baxşəliyevin verilişindən gəlmişdi. Nuridə özü Zaurla danışıb, xəstəni onun verilişindən gətirib. Çek də Zaura təqdim olunub. Bu hadisə Zaur Baxşəliyevin “Bizimləsən” verilişində talassemiyalı xəstələrə pul yığlan zaman baş verib. Nuridə də həmin verilişə gedib, Zaurla görüşüb”.

Aynur Bayramova qeyd edib ki, zərərçəkənlər Taleh Hacı Məmmədov 34 min, Ramin İsmayılov 25 min 500, Elnur İsfəndiyarov 25 min, Vüqar İsayev 30 min, Laura Həsənova isə 51 min manat pulu onun yanında Nuridə Seyidovaya veriblər.

Daha sonra ifadə verən zərərçəkən Şahbacı İsayeva bildirib ki, Aynur Bayramova ilə Talassemiya Mərkəzində ayrılan ayrıca otaqda görüşüb: “Aynur Bayramova kim idi ki, mərkəzdə ona ayrıca otaq ayırmışdılar?.. Ona bu şəraiti Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman xanım yaratmışdı. Aynur Bayramova Zaurun verilişində talassemiyalı uşaqlara pul yığılarkən 60 min manat pulun da onlar tərəfindən qarşılanacağını deyib. Mən ümumilikdə onlara 20 min dollar pul vermişəm, cəmi 3500-nü qaytarıblar. Qalan pulumu tələb edirəm”.

Aynur Bayramova zərərçəkənin sualına cavab olaraq bildirib ki, o “Antalya Medical Park”ın əməkdaşı olub, ona görə də mərkəzdə ona xəstə qəbulu üçün şərait yaradıblar.

Hakim Azad Məcidov bildirib ki, Talassemiya Mərkəzinə bununla bağlı sorğu göndərilib, lakin Aynur Bayramovanı tanımadıqlarını deyiblər. “Aynur, sən beş il ərzində Türkiyəyə qan aparmısan, heç soruşan olmayıbmı ki, niyə və hara aparırsan?”, – deyə hakim soruşub.

Aynur Bayramova isə Talassemiya Mərkəzində baş həkim vəzifəsində işləyən Xuraman adlı xanımın icazəsi olduğunu bildirib.

Növbəti proses oktyabrın 9-da davam edəcək.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Избранный
2
16
turanpress.com

10Источники