RU

Bu il 1126 vətəndaş kirayə mexanizmi ilə mənzil şəraitini yaxşılaşdırıb

Bu

Bakı, 2 oktyabr, AZƏRTAC

Cari il oktyabrın 1-nə olan məlumata görə, indiyədək kirayə mexanizmi vasitəsilə 5512 vətəndaş özünün mənzil şəraitini yaxşılaşdırıb.

İpoteka və Kredit Zəmanət Fondundan AZƏRTAC-a bildirilib ki, onlardan 1126-sı cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür.

Satmaq öhdəliyi, kirayə yolu ilə mənzil sahibi olan vətəndaşların 60 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Избранный
12
8
azertag.az

10Источники