RU

Azərbaycanın müharibə gedən ölkələrlə ticarəti - SİYAHI

Azərbaycanın müharibə gedən ölkələr ilə bu ilin yanvar-avqust ayları üzrə ticarət dövriyyəsinin həcmi açıqlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Ukrayna
Bu ilin 8 ayında Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 315 milyon dollar olub. Bu, ötən ilin analoji dövrünə nisbətən 51% çoxdur.

Rusiya
Hesabat dövründə Azərbaycanın Rusiya ilə ticarət həcmi 2,9 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,7% çoxdur.

İsrail
Cari ilin 8 ayında Azərbaycanla İsrailin ticarəti 1,4 milyard dollar olub. Bu göstərici illik müqayisədə 26,6% çoxdur.

Fələstin
Bu dövrdə Azərbaycanla Fələstinin ticarət dövriyyəsi 828,3 min dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 4 dəfə çoxdur.

İran
Bu ilin yanvar-avqust aylarında ölkənin İranla ticarət həcmi 403,2 milyon dollar olub ki, bu da illik müqayisədə 27,7% çoxdur.

Livan
Cari ilin 8 ayında Azərbaycan Livanla 2 milyon dollarlıq ticarət aparıb. Bu, ötən ilin eyni aylarına nisbətən 2 dəfə çoxdur.

Избранный
4
2
olke.az

3Источники