RU

Azərbaycanda turizm sektorunda nələr dəyişməlidir?

Son illər paytaxt Bakı, həmçinin Qəbələ, Şəki, Quba, İsmayıllı daha çox turist cəlb edə bilir.

Məhz cəlbetmənin də əsasında turizm imkanları, əlçatanlıq və xidmət səviyyəsi mühüm rol oynayır.

Ölkəmizdə turizmin inkişafı, daha çox xarici turistlərin cəlb edilməsi üçün hotel, restoran şəbəkələri genişləndirilir, müxtəlif növ turizm üçün regionlarda istirahət mərkəzləri, komplekslər salınır. 

Bununla yanaşı, xidmətlərin yaxşılaşdırılması üçün işlərin davamlı görülməsi vacibdir.

Xüsusən regionlarda əsas işçi qüvvəsini yerli sakinlər təşkil etdiyindən, bu sahədə xüsusi bilik və bacarıqlara malik olmadıqlarından, təcrübə azlığından  xidmət səviyyəsində çatışmazlıqlar daha çox hiss olunur.

2023-cü ilin statistik göstəricilərinə əsasən, Azərbaycanda 809 mehmanxana və mehmanxana tipli obyekt var.

Onların birdəfəlik tutumu isə 59407 yerlikdir. Belə obyektlərdə çalışanların sayına gəlincə, ötən il bu say 13608 nəfər təşkil edib. Turagent və turoperator fəaliyyəti göstərən müəssisələrdə çalışanların ölkə üzrə sayı isə 1 698 nəfər olub. 

Bununla yanaşı, iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərində çalışanların ötən ilin göstəricilərinə əsasən sayı 24 856 nəfərdir.

Maraqlıdır, turizm sektorunda göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün hansı işlər görülür? COP29-la əlaqədar ölkəmizə gələcək qonaqları qarşılamaq üçün otellərin sayı yetəri qədərdir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, paytaxtımızda otellərin sayı yetəri qədərdir:

“Son 10 ildə Azərbaycanda turizm sektoru böyük artıma nail olub. 

Lakin ölkəmizdə turistlərə göstərilən xidmətin keyfiyyət səviyyəsində müəyyən nöqsanlar var. Belə ki, ölkəmizə gələn qonaqları fürsətçilər öz maraqları naminə daha baha qiymətə xidmət göstərirlər.

Bura bütün xidmət sahələrini, əsasən də taksi, otel və restoranları əlavə etmək olar. Göstərilən xidmətin qiyməti qonşu ölkələrlə müqayisədə yüksək olduğundan, məhz turistlər 2-ci dəfə ölkəmizə gəlməkdə tərəddüd edirlər. Bundan dolayı turist axınında müəyyən axsamalar olur”.

O bildirib ki, inkişaf etmiş turizm ölkəsinə çevrilmənin əsas şərtlərindən biri də məhz turistlərin cəlbi üçün müxtəlif üsullarla onları ölkəyə gəlişini təmin etməkdir:

“Ölkəmiz multikultural dəyərlərə sadiq qalaraq dünya nüfuzlu idman növləri üzrə oyunları, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi və COP29 kimi mühüm əhəmiyyətli olan tədbirləri keçirir.

Məhz bu təşəbbüslərə görə, ölkəmizdə turist axını artır. 

Ölkəmizində turistləri qəbul etmək üçün bütün lazımi imkanları mövcüddur. Amma çəkilən xərclərlə əldə olunun vəsaitlərlər arasında böyük uyğunsuzluq yaranır. Çünki turistləri qəbul etmək üçün yaradılan şəraitə daha çox vəsait tələb olunur.

Bu gün ölkəmizə gələn turistlərin əsas tələb etdiyi və gözlədiyi yüksək xidmət və qiymətlərin daha münasib olmasıdır. Dövrün tələbləri də nəzərə alınaraq bu sahədə çalışanların bilik və bacarıqlarının inkişafı turizm ölkəsinə çevrilməyi hədəfləyən Azərbaycan üçün əsas prioritet olmalıdır.

Aidiyyəti qurumlar turizm işçilərinin peşəkarlığının artırılması üçün davamlı olaraq yeniliklər gətirməli və müəyyən uğurlu lahiyyələr hazırlamalıdır. Xüsusən regionlarda  bəzən qarşılaşdığımız xoşagəlməz halların aradan qaldırılması, xidmət keyfiyyətinin yüksəldilməsi üçün effektiv yeniliklərə ehtiyac çoxdur”.

Избранный
28
cebheinfo.az

1Источники