RU

Minasyan vəzifəsindən azad edildi » AzadMedia.az


Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən azad edilib.

Bu barədə ölkə Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında sərəncam imzalayıb. 

Xatırladaq ki, oktyabrın 1-də Q.Minasyan istefa ərizəsini təqdim edib. Bundan əvvəl isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza toplanmasına başlayıb.

Ermənistan mediası yazır ki, Minasyanın 2022-ci ildə sözügedən vəzifəyə təyin edilməsi hakim partiyada fikir ayrılığına səbəb olub. Belə ki, Qriqor Minasyan ölkənin Vatikandakı keçmiş səfiri və Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.
Избранный
8
5
azadmedia.az

6Источники