Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən azad edilib.
Viral.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə ölkə Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında sərəncam imzalayıb.
Xatırladaq ki, oktyabrın 1-də Q.Minasyan istefa ərizəsini təqdim edib. Bundan əvvəl isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza toplanmasına başlayıb.
Son Yazılar:
- Paşinyan Sarkisyanın qohumu olan naziri vəzifəsindən azad ETDİ
- Sülh sazişində birgə komissiyanın yaradılması da nəzərdə tutulur
- Putin hərbi xidmətdə olan müttəhimləri cinayət məsuliyyətindən azad ETDİ
Ermənistan mediası yazır ki, Minasyanın 2022-ci ildə sözügedən vəzifəyə təyin edilməsi hakim partiyada fikir ayrılığına səbəb olub. Belə ki, Qriqor Minasyan ölkənin Vatikandakı keçmiş səfiri və Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın qardaşıdır.