"Milan"ın ulduzu "Qalatasaray"ın "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, qış "transfer pəncərəsi"ndə başqa kluba icarəyə göndərilməsi gözlənilən Elias Jelertin yerinə David Salabria transfer olunacaq. Bu barədə "Fanatik" məlumat yayıb.

27 yaşlı futbolçunun İtaliya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 

"Aslanlar"ın yanvarda oyunçunun keçidi üçün italyanların "qapısı"nı döyəcəyi qeyd olunub.