RU

Son 9 ayda 1 126 ailə satmaq öhdəliyi ilə mənzil kirayəyə götürüb

Bakı. Trend:

Bu il oktyabrın 1-nə Azərbaycanda kirayə mənzil mexanizmivasitəsilə 5 512 vətəndaş və yaxud ailə özünün mənzil şəraitiniyaxşılaşdırıb ki, bunun da 1 126-sı bu ilin yanvar-sentyabraylarının payına düşüb.

Trendxəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumatyayıb.

Bildirilib ki, satmaq öhdəliyi ilə kirayə üsulu ilə mənzilsahibi olan vətəndaşların 60 %-dən çoxunu gənclər və gənc ailələrtəşkil edir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsindəFond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib.Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeronrayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isəSumqayıt şəhərində yerləşir.

Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün genişhəyətyanı sahəyə malik olmaqla, əsas infrastruktur obyektlərə(məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir.Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadəolunmaqla yüksək səviyyədə təmir olunaraq, kombi isitmə sistemi(kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilətəchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatınaalınıb.

Избранный
10
7
az.trend.az

10Источники