RU

Qazaxıstanda sinaqoqların mühafizəsi gücləndirilib

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan polisi İranın hücumu ilə əlaqədar ölkə ərazisindəki sinaqoqların və İsrailin diplomatik obyektlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə əlavə tədbirlər görüb.

Hafta.az-ın yazdığına görə, Qazaxıstan DİN-in informasiya siyasəti idarəsinin rəisi Şanqıs Alekeşev deyib ki, əslində, bunsuz da səfirliklər həmişə polisin mühafizəsi altındadır. Eləcə də bütün dini obyektlər uzun müddətdir ki, DİN tərəfindən ciddi nəzarətdə saxlanılır. İndi isə əlavə patrul marşrutları sözügedən obyektlərə yaxınlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Tehrandakı səfirliyi İrandakı Rusiya vətəndaşlarını küçələrdə foto və video çəkməkdən çəkinməyə, “pis niyyətlilərin sosial şəbəkələrdə toxum səpməyə çalışdığı” təxribatına uymamağa çağırıb.

Избранный
10
hafta.az

1Источники