RU

Qvardiola: “Bu komanda ilə işləməkdən zövq alıram”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Slovan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə çempionu səfərdə qarşılaşdığı Bratislava təmsilçisinə 4:0 hesabıyla qalib gəlib.

İspan mütəxəssis komandasının möhtəşəm qələbəsi barədə bunları söyləyib:

“Biz öz işimizi yerinə yetirməli idik. Əla komandamız var, yaxşı oynadıq, çoxlu fürsətlər yaratdıq və bu oyunda ilk dəfə üç xal qazandıq.

Daha bir qola ehtiyacımızın olmasından danışmışdıq, hesab 3:0 ikən iş, demək olar ki, bitmişdi. Rəqib cəsarətlə müdafiə olunurdu, amma 2:0-dan və əlimizdə olan bütün imkanlardan sonra səbrimizi basaraq fəaliyyət gösdərdik və yaxşıca hücuma keçdik. Bəzən bunu daha tez etmək lazım gəlirdi, amma nəticə yaxşıdır.

Mən bu komanda ilə işləməkdən zövq alıram. Bu, mənim çox xoşuma gəlir”, deyə Qvardiola məmnunluqla bildirib.

2 turdan sonra “Mançester Siti” Çempionlar Liqası ümumi mərhələsinin yarış cədvəlində 4 xalla 4-cü pillədə qərarlaşıb. Xalsız Bratislava “Slovan”ı isə 35-ci pillədədir.

Избранный
13
arena.az

1Источники