Həddindən artıq çox pişik və it saxlayan Amerikanın Miçiqan ştatının sakini heyvanlara qarşı amansızlıq etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.
Missiya.Az xəbər verir ki, bu barədə "FOX 2 Detroit" məlumat yayıb.
47 yaşlı qadın sahibsiz itlər üçün sığınacaq açıb. Onun heyvanlar üçün yeni evlər tapmaq cəhdləri səlahiyyətlilərin diqqətini çəkib. Baxış zamanı onun evindən 29 baş it və 8 pişik aşkar edilib.
Bildirilib ki, onlar bu qədər heyvan üçün nəzərdə tutulmayan çirkli binada yaşayırlar, yuyulmurlar, yazıq heyvanlardan pis iyi gəlir və birələrdən əziyyət çəkirlər.
Zərintac MayisqızıMissiya.Az