RU

Yaponiya Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya təzyiqi kursunu davam etdirməkdə və Ukraynanı dəstəkləməkdə qərarlıdır.

Bunu Yaponiyanın yeni xarici işlər naziri Takeşi İvaya deyib. O, oktyabrın 1-də Baş nazir vəzifəsində Siqeru İşiba tərəfindən əvəzlənən Fumio Kişida administrasiyasının mövqeyini təkrarlayıb: “Biz Ukraynaya dəstəyi və Rusiyaya qarşı sanksiyaları fəal şəkildə davam etdirəcəyik”.

Takeşi İvaya, həmçinin Avropa və Hind-Sakit okean regionunda təhlükəsizliyin bir-birinər bağlı olduğunu və istənilən yerdə güc yolu ilə status-kvonu dəyişdirmək cəhdinin qəbuledilməzliyini bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Fumio Kişida hökuməti Moskvaya qarşı bir neçə sanksiya paketi qəbul edib.

Избранный
5
49
banker.az

10Источники