AZ

Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası Azərbaycanda keçiriləcək

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya TDT-nin yaradılmasına dair “Naxçıvan Anlaşması”nın imzalanmasının 15-ci ildönümü münasibətilə baş tutan rəsmi qəbulda çıxışı zamanı bildirib.

O qeyd edib ki, sentyabr ayının 6-da Qırğızıstanda baş tutan ilk iclasın davamı olacaq bu toplantıda da önəmli məsələlərin müzakirə edilməsi gözlənilir.

Nazir çıxışı zamanı Türk Dövlətləri Təşkilatının artıq dünya miqyasında xüsusi rola malik olduğunu, TDT-nin yaradılması ilə üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşərək yeni, keyfiyyətinə görə daha yüksək səviyyəyə çatdığını vurğulayıb.

 

Seçilən
8
9
banker.az

10Mənbələr