RU

Braziliya prezidentinin təyyarəsi məcburi eniş etdi

Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi Meksikanın paytaxtı Mexikoda məcburi eniş edib.

Olaylar bildirir ki, bu barədə Braziliya hökuməti məlumat yayıb.

"Prezident Luiz İnasio Lula da Silvanın və Braziliya nümayəndə heyətinin bir hissəsinin olduğu təyyarə texniki nasazlığın müəyyən edilməsindən sonra təhlükəsiz şəkildə Meksikaya eniş edib", - məlumatda deyilib.

Uçuş izləmə xidmətlərinin məlumatına görə, Braziliya prezidentini daşıyan təyyarə 4 saat 58 dəqiqə Mexiko ştatının səmasında olub. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
2
olaylar.az

7Источники