RU

Avropalılar ötən il qəhvə idxalına 10 milyard avrodan çox pul xərcləyiblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqına (Aİ) üzv ölkələr ötən il 10,6 milyard avroluq qəhvə idxal ediblər.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 1 oktyabr Beynəlxalq Qəhvə Günü münasibətilə 27 üzv ölkənin 2023-cü il üzrə qəhvə idxalı ilə bağlı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ-yə üzv ölkələr ötən il cəmi 2,7 milyon ton qəhvə idxalı üçün ümumilikdə 10,6 milyard avro ödəyiblər.

Aİ-nin qəhvə idxalında ilk yeri 922 min tonla Braziliya tutub. Braziliyanı 652 min tonla Vyetnam, 206 min tonla Uqanda, 169 min tonla Honduras, 118 min tonla Hindistan, 113 min tonla Kolumbiya, 83 min tonla Peru və 68 min tonla İndoneziya izləyib.

Bu dövrdə Almaniya 911 min ton, İtaliya 625 min ton, Belçika 278 min ton, İspaniya 249 min ton, Fransa 184 min ton qəhvə idxal edib. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
6
1
banco.az

2Источники