RU

Dairədə qəza: “VAZ” yol kənarında dayanmış “Nissan”a çırpıldı- VİDEO

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 1-də səhər saatlarında Sevil Qazıyeva dairəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 08-BX-707 dövlət nömrə “VAZ-21214” markalı maşın, yol kınarında dayanmış 01-CO-598 dövlət nömrə nişanlı “Nissan Tiida” markalı avtomobilə çırpılıb. Qəzaya səbəb kimi avtomobilin əyləc sistemində yaranmış nasazlıqdan qaynaqlandığı bildirilib. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sürücülər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Избранный
11
avtosfer.az

1Источники