RU

"Plastik qablardakı “Bisfenol A” xərçəng yaradır" - Saxta "bulaq suları" haradan doldurulur?

Satışda olan qablaşdırılmış suların keyfiyyəti ilə bağlı tez-tez müxtəlif fikirlər səsləndirilir. Steril, mineral tərkibli olduğunu düşünürək alıb içdiyimiz suların nəinki içməyə, hətta məişətdə istifadə üçün də yararsız olduğu bildirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı da ticarət obyektlərində satışı həyata keçirilən su nümunələrinin mikrobioloji göstəricilərin qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyi aydın olur. Əhaliyə satılan sular bir çox hallarda mərkəzləşdirilmiş su sistemindən gələn sular (əhaliyə verilən sular), həmçinin artezian suları olduğu halda, məhsulun üzərində onların müxtəlif təbii mənbələrdən - dağlardan və bulaqlardan gətirilərək qablaşdırıldığı qeyd edilir. Bu üsulla istehlakçılar aldadılır.




Mövzuya münasibət bildirən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bakupost.az -a deyib ki, insan orqanizmi üçün ən vacib amillərdən biri sayılan suyun keyfiyyətli olması önəmli faktorlardandır. Çünki su keyfiyyətli omadıqda orqanizmdə vitamin və mineral çatışmazlığı baş verir. Suyun codluluq səviyyəsi düzgün olmadıqda yenə müəyyən problemlər yaranır:

“Keyfiyyətli su qəbul edərkən ağızda yüngül, xoşagələn dad yaranır. Suyun mineral dəyəri isə içilə biləcək qədər olmalıdır. Suyu içdikdən sonra ağırlıq, şişkillik olursa, bu, həmin suyun keyfiyyəsiz olduğunun əlamətləridir. Bu hal həmçinin mineral dəyərinin orqanizmin qəbul edəcəyi həddə olmadığını da göstərə bilər”.


Mütəxəssisin sözlərinə görə, su əsasən, şüşə qablarda saxlanılmalıdır. Əgər plastik butulkalardadırsa, onun saxlanma şəraitinə, istehsal prosesinə, süfrəyə qədərki bütün prosesə nəzarət olunmalı, lazimi temperatur qorunmalıdır. Su nə qədər az saxlanılarsa, keyfiyyətin pozulması halları bir o qədər az baş verər:

“İstənilən suyun harada və hansı şəraitdə saxlanılması şərtdir. Açıq havada, günəş şüaları altında saxlamaq düzgün deyil. Çünki plastikin tərkibindəki “bisfenol A” maddəsi hava isti olduqda suya daha sürətlə keçir. Suyu qəbul etdikdə “bisfenol A” maddəsi orqanizmdə xərçəng yaradır. Suyun pH səviyyəsi daha çox 7.2 və 8.5 arasında olur. 7.2 və 7.5 hər kəsin istifadə edə biləcəyi ölçüdür. Bu, daha çox heç bir sağlamlıq problemi yaşamayan, eyni zamadan həzm sistemində problemi olmayanlar üçün ən lazımlı miqdardır. Əgər pH düzgün deyilsə, mədə turşuluğu daha çox olur. Həmin şəkildə qəbul olunan su zaman keçdikcə mədədə qastrit, xora kimi xəstəliklərin yaranmasına gətirib çıxarır”.

Mütəxəssisin sözləruinə görə, plastik butulkalarda olan sular müasir dövrdə ən çox istifadə olunan məhsullar sırasındadır. Belə sular hazırlanan zaman müəyyən qaydalara mütləq şəkildə riayət olunmalıdır:

“Sözügedən butulkalar emal prosesindən sonra, yəni su doldurulmazdan əvvəl ozonla doldurulmalıdır. Sonra suyun təmizlənmiş, içməyə yararlı şəkildə doldurulması həyata keçirilməlidir. Ölkə ərazisində bir çox monitorinqlər aparılsa da, heç də bütün sularstandartlara cavab vermir. Təəssüf ki, hardan gəldi doldurulub satılan bu sular insan orqanizmi üçün çox təhlükəli ola bilər”.





Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, bir sıra iş adamları mərkəzləşdirilmiş su xəttindən verilən suyu müxtəlif filtrlərdən keçirməklə qablaşdırıb satışa çıxarırlar. Həmin suların üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri olur, üzərinə "təbii", "mineral", "müalicəvi" sözləri yazılan qabalara dolduraraq satırlar:


“Bu gün satışa çıxarılan qablaşdırılmış suların müəyyən hissəsi mərkəzləşmiş su xətlərindən və ya su quyularından doldurulur. Halbuki bu quyulardakı sulardan istifadə etmək olmaz. Onlar keyfiyyətsiz, demək olar ki, kanalizasiya suyu səviyyəsində olan sulardır. Əfsuslar olsun ki, quyulardan götürülən su içməli su istehsalı ilə məşğul olan sexlər tərəfindən müxtəlif filtrlərdən keçirilir, qablara doldurulur və əhaliyə satılır. Eyni zamanda krantdan gələn xlorlu suyu da qablaşdıraraq "dağ suyu" adı altında satırlar. Həmçinin "təbii", "mineral", "müalicəvi" və s. sözləri yazılmaqla satışa çıxarılan suların da çoxu kranlardan və ya su quyularından doldurulur. Ölkədə su biznesinə nəzarət zəif olduğu üçün işbazlar bundan istifadə edirlər. Su sexlərində istehsal olunan qablaşdırılmış içməli suların krandan axan su olduğu faktdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan yoxlamaların nəticələri də bunu sübut edir. Yaxşı olar ki, AQTA bütün su istehsalı ilə məşğul olan sexlərdə ekspertiza aparsın və suyun tərkibi ilə etiketlərdəki məlumatların düz gəlib-gəlmədiyini araşdırsın".

Ekspertin dediyinə görə, içməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir.

Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur. Ona görə də insanlar qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına xüsusi olaraq diqqət etməlidirlər:

“Qeyd edim ki, bir çox ölkələr, o cümlədən geridə qalmış Nepal da bundan imtina edib. Lakin Azərbaycanda biz hələ də plastik qablaşdırmada su görürük. Fikrimcə, bundan imtina olunmalı, ya karton, ya da şüşə qablaşdırmaya keçmək lazımdır. Plastik qabda alınan sudan istifadə etdikdən sonra isə plastik qabı deşmək və ya əzmək lazımdır ki, ondan təkrar istifadə etməsinlər. Çünki plastik qabdan təkrar istifadə zamanı mikroorqanizmlər yarana bilər. Qablar yenidən qaytarıldıqdan sonra onların yuyulma prosesi və sterilizasiyası bizə məlum deyil. Bundan əlavə kimsə ağzını su qabına yaxınlaşdırıb oradan su içə bilər. Artıq onun ağız boşluğundakı mikroblar qaba keçə və inkişaf edə bilər”.




İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, hətta brend sularda belə ciddi keyfiyyət pozğunluğu var. Belə sular insan sağlamlığı üçün ciddi təhlükədir:

“Bəzən sular filtrizasiya olunmamış qablaşdırılır və bazara çıxarılır. Hətta "bulaq suyu" deyilərək qablaşdırılan bəzi sular Bakı qəsəbələrində filtrdən keçirməklə arteziandan doldurulur. Suyun rəngi, dadı, ətri yoxdur. Buna görə də, onun kran suyu və ya təmizlənmiş su olmasını ayırd etmək istehlakçı üçün çox çətindir”.

Sevinc,
BakuPost
Избранный
16
2
bakupost.az

3Источники