RU

“Bölgədə nüvə müharibəsi riski var” – AÇIQLAMA

“Beynəlxalq aləmin bir neçə ildir müzakirə etdiyi əsas mövzu Rusiyanın Ukrayna və rəsmi Kiyevə hərbi dəstək verən ölkələrə qarşı nüvə silahından istifadə edib-etməyəcəyidir”.

KONKRET.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İsrail etiraf etməsə də, yüzdən çox nüvə silahına malikdir:

“İsrail etiraf etməsə də, yüzdən çox nüvə silahına malikdir. Həmçinin İran da ya bir neçə nüvə silahına artıq yiyələnib, ya da hədəfinə çatmağa çox yaxındır. Hələ ki, havada raketlər uçuşur, ancaq müharibənin şiddətlənəcəyi halda bölgədə nüvə müharibəsi ehtimalı barədə də danışılmağa başlanacaq. “Heç bir lider nüvə düyməsinə basmaz, çünki bu fəlakət olar” prinsipi işləməyə də bilər, əks halda Rusiya rəsmiləri bu mövzuda ehtiyatlı açıqlama verərdilər. Odur ki, regional müharibələr genişləndikcə, nüvə silahına malik olmaq istəyən dövlətlərin sayı artacaq. Misal üçün Türkiyə və Səudiyyə Ərəbistanı bu haqda düşünməyə başlayacaq”.

Natiq Səlim,

KONKRET.az

Избранный
7
5
konkret.az

6Источники