RU

Azərbaycanın Baş prokuroru qazaxıstanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qazaxıstan Respublikasının Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Kamran Əliyev bildirib ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Qeyd edilib ki, dövlət başçıları arasında olan sıx münasibətlər ölkələrimizin əlaqələrinə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevrildiyi bildirilib.

Baş prokuror Kamran Əliyev bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, hüquqi sahədə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini söyləyib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş iqlim fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil ediləcəyini bildirərək, qonaqlara dəvət məktubunu təqdim edib.

Timur Taşınbayev iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Избранный
7
15
yeniazerbaycan.com

10Источники