RU

Cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxundu

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevə hökm oxunub.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Azər Şalıyevin cinayət əməli 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) tövsüf edilməklə ona qəti olaraq 5 il müddətindən azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, hər iki şəxs eyni - Pentensiar xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ülgüclə ağır xəsarət yetirib. Hadisəyə səbəb kimi Şəhriyarın Azərin şəxsi dəftərinə baxması olduğu bildirilir.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, hər iki şəxsin cəzasının bitməsinə 3 il qalmışdı. Belə ki, Azər Şalıyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmə əsasən, 13 il müddətinə azadlıqdan məhrum edilib, Şəhriyar isə qəsdən adam öldürmə maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.

Избранный
4
3
e-huquq.az

4Источники