RU

YENİ SƏDR AHİK-i VƏZİFƏLİ ŞƏXSLƏRİN QOHUMLARINDAN "TƏMİZLƏYİR" - Generalın bacısı oğlu da yola salındı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi, Audit şöbəsinin müdiri İlham Aslan vəzifəsindən azad edilib.

Mia.az unikal-a istinadla xəbər verir ki, bu barədə AHİK sədri Sahib Məmmədov əmr imzalayıb.

Qeyd edək ki, İ.Aslan Azərbaycan müdafiə nazirinin sabiq müavini — Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayevin bacısı oğludur.

Yeri gəlmişkən, yeni sədr bir neçə gün əvvəl keçmiş sədr Səttar Mörhbalıyevin xanımı Böyükxanım Mirzə qızı Möhbalıyeva (AHİK-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri olub - MİA.AZ) vəzifəsindən azad edilib. Onunla yanaşı, sabiq sədrin daha bir neçə qohumu işdən uzaqlaşdırılıb.

Bununla yanaşı, Sahib Məmmədov dünən S.Möbalıyevin yerlisi - AHİK-in Audit şöbəsinin müdir müavini Orxan Həbibbəyli də vəzifədən azad edib.

Məlumat üçün qeyd edək kiOrxan Həbibbəyli də AMEA prezidenti İsa Həbibbəylinin qardaşı oğludur.

Samir MUSAYEV

MİA.AZ

Избранный
45
23
mia.az

10Источники