RU

Azərbaycanda əmək müqavilələrinin sayı 44 faiz artıb - Sahil Babayev

Bakı. Trend:

2018-2024-cü illər arasında Azərbaycanda əmək müqavilələrininsayı 44 faiz artıb.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri SahilBabayev Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsiçərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.

"Son 6 il ərzində əmək müqavilələrinin sayı 44% artıb ki, bu da563 min yeni müqavilə deməkdir. Eyni zamanda, bu dövr ərzindəməşğulluq xidmətləri 650 min nəfəri işlə təmin edib. Hesabatdövründə 36 min nəfər peşə hazırlığı kurslarından keçib, 2,6 minnəfər əmək haqqının yarıbayarı maliyyələşdirilməsi proqramına cəlbedilib, 86 min ailə isə özünüməşğulluq proqramının iştirakçısıolub", - o vurğulayıb.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Избранный
13
1
az.trend.az

2Источники