RU

“Təhsildə sosial iş xidməti” çərçivəsində Qaradağda maarifləndirici tədbir təşkil edilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Təhsildə sosial iş xidməti” mövzusunda daha bir maarifləndirici tədbir keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Qaradağ rayonunda yerləşən Cəbrayıl rayon 1 saylı və Soltanlı kənd tam orta məktəblərinin kollektivi üçün təşkil olunub. Tədbirdə çıxış edənlər Agentliyin fəaliyyəti, uşaq hüquqlarının müdafiəsi, bullinqin səbəbləri və onunla mübarizə yolları, uşaq istismarı və müdafiə üsulları, şagirdlərin hüquq və vəzifələrindən düzgün istifadə mövzularında təqdimat ediblər.

Məktəbin müəllim heyəti və məktəb psixoloqları, eləcə də 6-9-cu sinif şagirdləri və onların valideynlərinin iştirak etdiyi görüşdə, həmçinin “Təhsildə sosial iş xidməti”nin mahiyyəti izah olunub, onun şagirdlərin inkişafındakı rolundan danışılıb.

Çıxışlarda erkən nikahın fərdin mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran və sosiallaşmasına mane olan önəmli faktor olduğu vurğulanıb.

Tədbirdə şagirdlərin fikirləri dinlənilib və onlara müvafiq istiqamətlərdə tövsiyələr verilib.

Избранный
10
1
azertag.az

2Источники