RU

İsrail Xameneini aradan götürə bilərmi? - Qətl planının mesajı verildi

 Bu ilin may ayında İranın sabiq prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra Tehran bunun sui-qəsd ola biləcəyini və hadisənin arxasında xarici qüvvələrin dayandığını idda edirdi. İran xarici qüvvə dedikdə isə şübhəsiz ki,İsraili nəzərdə tuturdu. Çünki iki ölkə arasındakı münasibətlər düşmənçilik səviyyəsindədir və Tel-Əviv İran rəsmilərinə qarşı dəfələrlə bu cür sui-qəsdlər təşkil etməklə yadda qalıb. Hətta İsrail xarici kəşfiyyatı (MOSSAD) İranın daxilində belə nüvə alimlərinə qarşı sui-qəsdlər təşkil edərək onları ortadan götürməyə nail olub.

 Bütün bunların fonunda İran baş verən sui-qəsdlərin arxasında Tel-Əvivin dayandığını irəli sürür. Rəisinin öldürülməsindən sonra HƏMAS-ın siyası bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin də Tehranda süi-qəsd nəticəsində öldürülməsi ölkədə ciddi narahatlığa səbəb oldu. İran Haniyənin də ölümünün arxasında İsrailin dayandığını iddia edərək, Tel-Əvivə cavab verəcəyini bəyan etmişdi. Bir neçə gün öncə isə İranın dəstəklədiyi “Hizbullah”ın lideri Həsən Nəsrullahın da İsrailin hücumu nəticəsində öldürülməsi artıq Tehranın səbrini daşırdı. 

Ötən gecə İran İsraili kütləvi raket hücumuna məruz qoydu, İsrail ərazisinə 500-dən çox raket atıldı. Bu hücumlardan sonra el-Əviv rəsmiləri Tehranı hədəlməyə başlayıb və bunun nəticəsinin Tehran üçün ağır olacağını bəyan edirlər. İsrailin baş naziri Benyamin Netanyahu da bildirdi ki, İran böyük səhvə yol verdi və bunun bədəlini ödəyəcək. Hətta İsrail Baş naziri daha da irəli gedərək “X” hesabında İranın Ali dini rəhbəri Seyid Əli Xameneyinin stulunun üzərində əbasının görüntüsünü paylaşaşaraq fars dilində “Özünüz istədiniz!” deyə yazı dərc edib. Netanyahunun bu paylaşımı İrana ciddi mesajdır və qarşıdakı zaman ərzində Tehran rəsmilərinə qarşı növbəti sui-qəsd cəhdlərinin ola biləcəyini təxmin etmək olar. Ancaq buna baxmayaraq, Xameneinin İsrailin sui-qəsd cəhdi nəticəsində öldürülə biləcəyi ehtimalı çox aşağıdır. Çünki onun təhlükəsizliyi hətta ölkənin prezidentindən belə ciddi şəkildə qorunur.

 İsrailin “Axios” saytı da məlumat paylaşaraq qeyd edib ki, “İsrail İranın yüksək səviyyəli rəsmilərini aradan götürməklə Tehrana cavab verəcək”. İsrailin texnoloji sahədə innovasiyların tətbiqi və yeni dövrün silahları ilə təchizat məsələlərində böyük uğurlar əldə etdiyini, xarici kəşfiyyatının dünyada ən güclülərdən olduğunu nəzərə aldıqda Netanyahunun Xameneiyə ünvanlanmış paylaşdığı postunun təsadüfi olmadığını deyə bilərik. Hər halda İsrail İranın ali dini liderini aradan götürməyə cəh edə bilər. Bunun alınıb-alınmayacağı artıq məsələnin ikinci tərəfidir… 

Görünən odur ki, Yaxın Şərq böyük bir müharibə astanasındadır və hər an münaqişənin miqyası böyüyə bilər. Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da parlamentdə çıxışı zamanı qeyd etdi ki, “İsrail Fələstin və Liviyadan sonra Türkiyə ərazisinə hücum edəcək”. Türkiyə liderinin parlament tribunasından belə bir çıxış səsləndirməsi bütün dünya üçün ciddi siqnaldır. Yaxın Şərqlə bərabər Ukrayna cəbhəsində də Rusiya ilə münaqişə davam edir. Savaş artıq Rusiya torpaqlarına sıçrayıb və bundan cəsarətlənən Ukrayna prezidenti Volodimir Zelenski Qərbdən Rusiyanın dərinliklərinə onların silahları ilə zərbələr endirməyə icazə verməsini tələb edir. 

Bir neçə gün bundan öncə Ukrayna liderinin ABŞ-yə səfəri zamanı Ağ Ev rəhbəri Co Baydenə “Ukraynanın qələbə planı”nı təqdim etdi. Bu planın tərkib hissəsindən biri də məhz Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə Qərb dövlətlərinin liderlərinin icazəsidir. Ötən gün KİV-də yayılan məlumata görə, Bayden vəzifəsini başa vurana kimi Ukraynanın NATO-ya qəbulunu təşviq edəcək. Bunun reallaşması və Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirməsi üçün Qərbin yaşıl işıq yandırması rəsmən III Dünya Müharibəsinin başlanması olacaq.

Daşqın HəsənovMissiya.Az

Избранный
27
50
missiya.az

10Источники