RU

Azərbaycan ombudsmanı beynəlxalq təşkilatları sıx əməkdaşlığa çağırıb

İqlim dəyişikliyi təkcə ekoloji dəyişikliklərə səbəb olmur, həm də insanların hüquqi aspektlərinə təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumunda səsləndirib.

Ombudsman BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) ev sahibliyini Azərbaycana olan etimadın göstəricisi kimi dəyərləndirib.

O vurğulayıb ki, ekologiyanın qorunub saxlanılması və ekoloji problemlərin yaranma səbəblərinin, onların həlli yollarının tapılması vacib şərtlərdəndir: “İqlim dəyişikliyi ilə mübarizədə COP xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir. Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibədir. Müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən Azərbaycan əraziləri mina ilə çirkləndirilib, təbii ehtiyatlarımız talanıb, ekosid törədilib, çaylarımız, göllərimiz xeyli çirklənib”.

Ombudsman bildirib ki, iqlim dəyişikliyi, sağlam ətraf mühitdə yaşamaq hüququ Konstitusiyamızda öz əksini tapıb.

S.Əliyeva beynəlxalq təşkilatları və təsisatları Azərbaycanla sıx əməkdaşlığa çağırıb.

Избранный
6
2
yeniazerbaycan.com

3Источники