RU

İsrailə hücum əmrindən Pezeşkian xəbərsiz olub - “New York Times”

“İran prezidenti Məsud Pezeşkiana Tehranın ötən axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi raket hücumları barədə məlumat verilməyib”. 

Missiya.Az xəbər verir ki, bu barədə “New York Times” qəzetinin köşə yazarı Tomas Fridman məlumat yayıb.

Onun sözlərinə görə, raket hücumunu İran Hərbi Hava Qüvvələri deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri təşkil edib. 

Fridman iddia edib ki, Pezeşkianın İsrailə hücum başlamazdan əvvəl xəbəri olmayıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
18
missiya.az

1Источники