RU

Erlinq Halandı geridə qoyan bombardirlər

2024-cü ildə milli çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, siyahını İFFHS tərtib edib.

Siyahıda planetin ən güclü 100 liqasında 19 və daha çox qol vuran 25 futbolçu yer alıb. Məhsuldarlıq göstərən, amma zəif liqaları təmsil edən digər 11 oyunçu isə şərti olaraq qeyd olunub.

Bu göstəricidə dünyanın ən yaxşısı çinli Vu Leydir. “Şanxay Port”un hücumçusu 31 qola sevinib.

Uruqvaylı Martin Kauteruççio 29 dəfə fərqlənib. O, Perunun “Sportinq Kristal” klubunda buna nail olub.

İlk “üçlüy”ü ən yaxşı avropalı olan Viktor Qyokereş qapayır. Portuqaliya “Sportinq”ində 28 qol vuran isveçli liderdən üç top geridədir.

Qeyd edək ki, “Böyük beşlik” liqalarının ən yaxşısı Erlinq Haland 23 qolla siyahıda 5-cidir. “Mançester Siti”nin norveçli ulduzu “Nomme Kalyu”da 27 dəfə fərqlənən estoniyalı Aleks Tammdan da geri qalır.

İdman.biz

Избранный
10
idman.biz

1Источники