RU

İlqar Hüseynli: "Milli kimliyimizi qorumaq üçün soyadların milliləşdirilməsi vacibdir"

QHT.az xəbər verir ki, Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, milli kimliyimizin qorunması ilə bağlı narahatlığını ifadə edib. Hüseynli qeyd edir ki, məktəblərdə yeni 1-ci sinifə başlayan uşaqların əksəriyyətinin soyadlarının hələ də "-ov", "-yev", "-ova", "-yeva" sonluqları ilə bitməsi ciddi problem olaraq qalmaqdadır. O, bu halların milli kimliyimizə zərbə vurduğunu vurğulayaraq bildirib:

"Yeni doğulan uşaqlara ruslardan qalmış soyad sonluqlarının verilməsi təəssüfedicidir. SSRI dövründə belə, Azərbaycan soyadları və əlifbası ruslaşdırıldı, halbuki erməni və gürcülər bunu etmədi. İndi isə bu məsələyə nə mane olur, başa düşmək çətindir."

Hüseynli bu problemin həllinə hüquqi yanaşmanın vacibliyini qeyd edərək, mürəkkəb adlara tətbiq edilən qadağaların soyadlara da tətbiq edilməli olduğunu vurğulayıb. O, milli kimliyimizin qorunması və gələcək nəsillərin doğru kimliklə böyüməsi üçün soyadların milliləşdirilməsi istiqamətində ayrıca qanunun qəbul olunmasını təklif edib.

 

Pərvanə Fərhadqızı

 

Избранный
13
qht.az

1Источники