RU

Qadının avtobusdan yıxılaraq ölməsində günahlandırılan sürücüyə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sarvan Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.



Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə 21 may 2024-cii il tarixdə, 10 radələrində paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin qarşısında baş verib.


Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı marşrut avtobusunda olan sərnişin 1964-cü il təvəllüdlü Tamella Nadir qızı Cəfərova nəqliyyat vasitəsi hərəkətdə olarkən açıq qalmış qapıdan yıxılıb. O, avtobusun ön giriş qapısından təkərin altına düşüb və aldığı xəsarətdən hadisə yerində ölüb.


Daha sonra Sarvan Məhərrəmov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.


Kamal Məmmədov 

Tarix: 2 Oktyabr 2024, 10:28   
Избранный
10
pravda.az

1Источники