RU

“VƏTƏN FƏDAİLƏRİ” adlı tədbir keçirildi - FOTOLAR

30 sentyabr 2024-cü il tarixində Naxçıvan Gənclər Mərkəzində keçirildi. “VƏTƏN FƏDAİLƏRİ” adlı tədbirdə yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri Manya Səxavətqızının müəllifi olduğu “ŞAHMARIN EŞQ ƏSƏRİ” adlı kitabın təqdimatı keçirildi. Səyyad Məmmədovun aparıcılığı, dövlət rəsmilərinin, şəhid ailələrinin, qazilərin, ƏÜO-nun zabit heyətinin, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının, eləcə də digər qonaqların iştirakı ilə keçirilən tədbirdə öncə Əlahiddə Ümumqoşun Ordunun Hərbi orkestrının müşayəti ilə ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca isə sözlərində də deyildiyi kimi minlərlə canın fəda olduğu Azərbaycan Dövlət Himni səslənib. “ŞAHMARIN EŞQ ƏSƏRİ” kitabının müəllifi Manya Səxavətqızı qonaqları salamlayaraq tədbir və kitab haqqında ətraflı məlumat verib. Ardınca isə digər qonaqlar; Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin mətbuat katibi Günay Yelmarqızı, Şahmar Quliyevin anası Səkinə Quliyeva, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin ümumi dəstəkçisi Şahin Məmmədov, Şəhid qardaşı və Ali Məclisin deputatı Üzeyir Məmmədov, Şəhid atası Məhəmməd Nəcəfov, Şəhid anaları Rəna Quliyeva,Pakizə Səfərova, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, Şahmarın kursant yoldaşı mayor Yusif Nəcəfov çıxış etdi. Muğam müsabiqəsinin qalibi Murad Laçının ifasında sözləri Manya Səxavətqızına, musiqisi Yaqut Almaza məxsus olan “Müqəddəs Eşqim” adlı mahnı səsləndi. Şahmar Quliyevin adını yaşatmaq üçün “ŞAHMARIN EŞQ ƏSƏRİ” kitabının ərsəyə gəlməsinin təşəbbüskarı olan şəhidin xanımı Gülnarə Quliyeva bütün qonaqlara təşəkkür edərək ən çətin günündə yaşadığı qürurdan danışdı. Sonda bütün qonaqlara kitab bağışlanılaraq xatirə şəkili çəkilib və Şəhidlər xiyabanı ziyarət olundu.

Избранный
4
2
patriot.az

4Источники