RU

Tehran rejimi İsraillə birbaşa qarşıdurmadan çəkinir- ÖZƏL

"İranın İsrailə raketlərlə  hücum etməsi, apreldə atdığı raketlərin analoji davamıdır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Bununla da  Tehran öz "sifətini" qorumağa çalışır. Halbuki 500-ə yaxın raketin havada vurulması ilə nəticələnəcəyini bilirdi. Apreldə eyni addımı atmışdı. İranın dünyaya hər gün bəyan etdiyi "sarsıdıcı" zərbə öz ərazisindən raketlər atmaqla kifayətlənməkdən ibarət oldu. Halbuki Suriya ərazisindən Qolan təpələrində İsrail ordusuna qarşı quru hücum əməliyyatları həyata keçirə bilərdi. Amma, Tehran rejimi İsraillə birbaşa qarşıdurmadan çəkinir. 
İranın atdığı raketlər İsrailin İranin daxilində strateji obyektlərin vurulmasını, hətta İranın ali dövlət rəhbərlərini, dövlət idarəetmə aparatlarını hədəfə gətirə bilər. Qeyd edim ki, İranın ali dini lideri Əli Xameneinin təhlükəsizliyinin təmin olunması üçün yeri dəyişdirilib. Görünür, Tehran İsrailin dövlət rəhbərliyini hədəf alacağından xəbərdardı".

Onun sözlərinə görə, İsrail hərbi siyasi- rəhbərliyi Tehranla Qərb arasında münasibətlərin normallaşmasının qarşısını alir: "Mümkün danışıqları pozmaq üçün bütün vasitələrdən istifadə etməsi mümkündür. Həmçinin İran hakimiyyətində "mühafizəkar" qanad "islahatçı" administrasiyanin Qərblə əlaqələri inkişaf etdirməsini istəmir. Hər vəchlə bu əlaqələri sabotaj edirlər. SEPAH-ın  İsrailə atılan raketlər Prezident M. Pezeşkian ciddi sınaqlarla üzləşdirib. ABŞ -da İranın müharibəyə qoşulmasında maraqlı deyil. İranın bu kimi raket hücumu İsrailin Hizbullaha qarşı əməliyyatlarına təsir etməyəcək. Daxili və xarici təzyiqlər onun siyasətində ciddi dönüş etməsinin qarşısını alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
1
olaylar.az

2Источники