RU

Yaponiyada hava limanında partlayış: Uçuşlar ləğv edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyanın Miyadzaki prefekturasının hava limanında partlayış baş verib.
Oxu.Az-ın "Nikkei" agentliyinə istinadən xəbərinə görə, bu barədə yanğınsöndürmə xidmətindən məlumat verilib.
Məlumata görə, partlayış nəticəsində uçuş-enmə zolağı bağlanıb və hazırda uçuşlar ləğv edilib.
"Miyadzaki hava limanının ərazisində partlayış səsi təsdiqlənib. Təfərrüat məlum deyil", - deyə məlumatda bildirilib.
Partlayış oktyabrın 2-də səhər saat 8 radələrində baş verib, nəticədə köməkçi yol zədələnib. Yolun üzərində təxminən 7 kvadratmetr sahəsi olan oval çuxur əmələ gəlib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, 1943-cü ildə keçmiş hərbi-dəniz uçuş bazasının yerində inşa edilən hava limanı Miyadzaki şəhər mərkəzindən təxminən 7 km cənubda yerləşir.
Избранный
78
5
oxu.az

10Источники