AZ

Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək

“Yəzd Eyr” aviaşirkəti Təbriz hava limanından Tehran və İrəvan arasında uçuşlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyaləti üzrə Hava Limanları İdarəsinin rəisi Ramin Azəri bildirib.

Onun sözlərinə görə, uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri Tehran-Təbriz-İrəvan və İrəvan-Təbriz-Tehran marşrutu üzrə həyata keçiriləcək.

“Noyabrın 1-dən etibarən Təbriz-İstanbul marşrutu üzrə və əks istiqamətdə də uçuşlar olacaq. Təbriz hava limanından İstanbula uçuşlar hazırda iki yerli aviaşirkət (ATA və İran Eyr) və iki xarici aviaşirkət (Türk Hava Yolları və Pegasus) tərəfindən həyata keçirilir”, - Ramin Azəri qeyd edib.

Seçilən
11
7
axar.az

10Mənbələr