RU

İran İsrailə hücum etməklə böyük səhv etdi - Netanyahu

İran İsrailə hücum etməklə böyük səhvə yol verib.

Olaylar xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Bu gecə İran yenidən İsrailə yüzlərlə raketlə hücum etdi. Bu hücum uğursuz oldu. Bunun qarşısı İsrailin dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemi ilə alındı. İran rejimi bizim özümüzü müdafiə etmək əzmimizi və düşmənlərimizdən qisas almaq əzmimizi başa düşmür", - deyə Netanyahu bildirib.

Qeyd edək ki, dünən İran tərəfi İsrail ərazisinə onlarla raket buraxıb. Raket hücumunun nəticələri barədə hələki rəsmi məlumat yoxdur. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
3
olaylar.az

10Источники