AZ

"İran böyük səhv etdi və bunun əvəzini ödəyəcək" - Netanyahu TƏHDİD ETDİ

İsrailin baş naziri Benyamin Netanyahu İranın hücumundan sonra Nazirlər Kabinetinin iclasını çağırıb. 

Qlobal.net xəbər verir ki, o, iclasın açılışında İranın raket hücumuna münasibət bildirib.  

Netanyahu İsrail ərazisinə endirilən zərbələri “böyük səhv” adlandırıb və Tehranın hərəkətlərinin əvəzini ödəyəcəyini deyib.

“Bu gecə İran yüzlərlə raketlə yenidən İsrailə hücum etdi. Bu hücum uğursuz oldu. İsrailin hava hücumundan müdafiəsi sayəsində bunun qarşısı alınıb. İran bu gün böyük səhv etdi və bunun əvəzini ödəyəcək. İran rejimi bizim özümüzü müdafiə etmək əzmimizi və düşmənlərimizə cavab vermək əzmimizi başa düşmür”, - deyə Netanyahu qeyd edib. 

Benyamin Netanyahu vurğulayıb ki, İsrail yeganə qaydaya əməl edəcək: “Kim bizə hücum edirsə, biz də ona hücum edirik”. Baş nazir ölkənin təhlükəsizliyini təmin etdiyinə görə İsrail Müdafiə Qüvvələrinə (IDF), həmçinin İran raketlərinin vurulmasına kömək edən ABŞ-a təşəkkür edib. 

Qeyd edək ki, oktyabrın 1-də İsrail İrandan güclü raket atəşinə məruz qalıb. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. İsrail əksəriyyətinin vurulduğunu, lakin bəzi raketlərin açıq ərazilərə düşdüyünü bildirib. Mətbuat 500-dən çox raket atıldığını yazır. (modern.az)

Seçilən
1
1
qlobal.net

10Mənbələr