RU

Tehran hücumdan sonra ABŞ-a xəbərdarlıq edib

İran Xarici İşlər Nazirliyi: İsrailə ərbələrlə bağlı Tehran ABŞ-a hücuma müdaxilə etməmək barədə xəbərdarlıq edib...

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran İsveç vasitəsilə ABŞ-a İsrailə raket hücumunun özünümüdafiə haqqı olduğu mesajını çatdırıb, həmçinin baş verənlərə müdaxiləyə qarşı xəbərdarlıq edib.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, İran xarici işlər naziri hücumdan sonra İsveç vasitəsi ilə ABŞ-a xəbərdarlıq edib ki, raket hücumu İranın özünümüdafiə çərçivəsində suveren hüququdur və Tehran hücumları davam etdirmək niyyətində deyil. İran həmçinin ABŞ-a xəbərdarlıq edib ki, “kənara çəkilsin və müdaxilə etməsin”.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İranın yəhudi dövlətinə kütləvi raket hücumuna başladığını elan edib. Haakimiyyət orqanları bütün ölkə ərazisində hava hücumu xəbərdarlığının elan edildiyini bildiriblər.

“The Jerusalem Post” qəzetinin yazdığına görə, hqcum zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

Daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Tehran Livanın şiə təşkilatı Hizbullahın baş katibi Həsən Nəsrullah, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülməsinə cavab olaraq İsrailə hücum edib.

Poliqon.info

Избранный
11
poliqon.info

1Источники