RU

Xarici işlər naziri Əraqçi: İranın İsrailə hücumu özünümüdafiə aktıdır- ÖZƏL

Oktyabrın 2-nə keçən gecə İranın İsrail ərazisinə raket hücumu Tehranın özünümüdafiə aktıdır. 

Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin bu bəyanatı ölkənin Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında dərc olunub.

İranlı diplomatın sözlərinə görə, Tehranın hərəkətləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur. İran hakimiyyəti yalnız hərbi bazaları və İsrailin təhlükəsizlik obyektlərini hədəf seçib.

"İran İslam Respublikası yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qanuni müdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi bazaları və təhlükəsizlik obyektlərini hədəfə alıb", - deyə Əraqçi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники