RU

"İran Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli qüvvədir"

Harris Ağ Evdə mətbuat mənsublarına Yaxın Şərqdəki son vəziyyəti dəyərləndirib.

News24.az xəbər verir ki, İranın İsrailə raket hücumunu qınayan Harris, "İran Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli bir qüvvədir. Bugünkü İsrailə hücum bu həqiqəti sübut edir" qiymətləndirməsini edib.

İsrailin özünü müdafiə etmək hüququnu vurğulayan Harris qeyd edib ki, onlar hər zaman Təl-Əvivin özünü ən yaxşı şəkildə müdafiə edə bildiyinə əmin olmaq istəyirlər.

"İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır. Biz heç vaxt ABŞ qüvvələrini və maraqlarını İrana və İranın dəstəklədiyi terrorçulara qarşı müdafiə etmək üçün lazım olan addımları atmaqdan çəkinməyəcəyik", - Harris bildirib.

Günel Məlikzadə


Избранный
17
2
news24.az

3Источники