AZ

İran Yaxın Şərqdə sabitliyi pozan qüvvədir – Kamala Harris

Bakı,TurkicWorld

İsrailə hücum İranın Yaxın Şərqdə sabitliyi pozan və təhlükəli qüvvə olmasının sübutudur.

TurkicWorld xəbər verir ki, ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Ağ Evdə mətbuat mənsublarına Yaxın Şərqdəki son vəziyyəti dəyərləndirib.

İsrailin özünü müdafiə etmək hüququnu vurğulayan Harris qeyd edib ki, onlar hər zaman Təl-Əvivin özünü ən yaxşı şəkildə müdafiə edə bildiyinə əmin olmaq istəyirlər.

“İsrailin təhlükəsizliyinə sadiqliyim sarsılmazdır. Biz ABŞ-ı müdafiə etmək üçün lazım olan bütün addımları atmaqdan heç vaxt çəkinməyəcəyik”,- deyə Harris bildirib.

Qeyd edək ki, gecə saatlarında İran İsrailə 400-ə yaxın ballistik raket göndərib.

Seçilən
3
2
turkic.world

3Mənbələr