Amerikalı iş adamı İlon Mask bildirib ki, gələcəkdə dünya elektrik nəqliyyatına keçəcək.
Publika.az xəbər verir ki, o, bu barədə X-də (Twitter) yazıb.
"Demək olar ki, bütün avtomobillər uzunmüddətli perspektivdə tamamilə elektrik olacaq" , - Mask bildirib.
Onun fikrincə, atlar kimi, daxili yanma mühərrikli avtomobillər də nadir hala gələcək.