AZ

İlon Mask: "Çinin istehsal gücünə görə ABŞ-ı ötüb"

"Çin istehsal gücünə görə ABŞ-ı ötüb". 

Valyuta.az xəbər verir ki, bunu X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində amerikalı sahibkar və iş adamı İlon Mask bildirib.

"İstehsal gücünün ilk təxmini elektrik enerjisi istehsalına əsaslanır. Çin ABŞ-ın sənaye imkanlarını xeyli ötüb", deyə iş adamı sosial şəbəkədə istifadəçilər tərəfindən dərc edilən və Çinin elektrik enerjisi istehsalı üzrə ABŞ-ı qabaqladığını göstərən qrafiki şərh edərkən vurğulayıb.

Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Çin nüvə silahı arsenallarına görə Amerika tərəfini keçə bilər.

İyun ayında Çin Ticarət Nazirliyi bəyan etmişdi ki, Çinə investisiyaları məhdudlaşdırmağı təklif edən ABŞ ticarət-iqtisadi əlaqələrdən silah kimi istifadə etməyi dayandırmalı, Vaşinqton isə bazar iqtisadiyyatının fəaliyyət qanunlarına hörmət etməlidir.

Paşa Məmmədli

Seçilən
2
50
valyuta.az

10Mənbələr