RU

Tonqo sahillərində güclü zəlzələ olub

Tonqo Krallığı ərazisində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 22,4 min nəfərə yaxın insanın yaşadığı paytaxt Nukualofa şəhərindən 609 km cənub-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Избранный
10
2
operativmedia.az

4Источники