AZ

Tonqo sahillərində 6,6 maqnitudalı zəlzələ olub

Tonqo Krallığı ərazisində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Far.Az"un xəbərinə görə, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 22,4 min nəfərə yaxın insanın yaşadığı paytaxt Nukualofa şəhərindən 609 km cənub-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
25
2
far.az

4Mənbələr