RU

İsrail bu hədəflərə güclü zərbələr endirəcək

İsrail ordusu İranın daha əvvəl İsrailə raket zərbəsi endirməsinə baxmayaraq, Yaxın Şərqdə hava hücumlarının davam etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həqariyə istinadən məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələri tam gücü ilə fəaliyyətə davam edir və ötən il olduğu kimi bu gecə də Yaxın Şərqdə güclü hücuma davam edəcək" , - məlumatda qeyd edilib.

İsrail ordusunun sözçüsü bildirib ki, İranın raket hücumunu dəf etmək üçün İsrail və ABŞ-ın hava hücumundan müdafiə qüvvələri yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirib. Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan bildirib ki, İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb.

Избранный
8
1
publika.az

10Источники