RU

Tonqa sahilində güclü zəlzələ baş verib

Tonqa

Bakı, 2 oktyabr, AZƏRTAC

Tonqa sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 22,4 min nəfərə yaxın insanın yaşadığı Tonqanın paytaxtı Nukualofa şəhərindən 609 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 

 

Избранный
19
2
azertag.az

4Источники