RU

Təl-Əvivin cənubunda baş verən atışmada 4 nəfər ölüb - Yenilənib

İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda yerləşən ərəb rayonunda baş verən atışmada 4 nəfər ölüb, 9 nəfər yaralanıb...

"Report" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, zərərçəkənlərdən 4-nün vəziyyəti ağırdır.

***

İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda yerləşən ərəb rayonunda atışma baş verib, nəticədə bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin cənubunda, yəhudi-ərəb əhalisinin qarışıq yaşadığı Yaffada qeydə alınıb. Açıqlamada bunun terror aktı olduğuna dair şübhələr olması da qeyd edilir.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.

Poliqon.info

Избранный
21
3
poliqon.info

10Источники