RU

"Samsung" gələn ildən süni intellekti pullu edəcək

"Samsung" 2025-ci ildən etibarən "Galaxy AI" sisteminin bəzi funksiyalarına giriş üçün ödəniş tələb etməyə başlamaq niyyətindədir. 
 
Valyuta.az xəbər verir ki, bu barədə "GSMArena" portalı məlumat yayıb.
 
Qeyd olunur ki, uyğun cihazlarda hazırda mövcud olan bütün "Galaxy AI" funksiyaları pulsuz təklif olunur. Bununla belə, yeni "Samsung Galaxy Tab S10" planşetlərinin və "Galaxy S24 FE" smartfonunun rəsmi press-relizindəki qeydlərdən birində birbaşa olaraq gələcəkdə bəzi funksiyaların ödənişli olacağı bildirilir.
 
"2025-ci ilin sonunda bəzi süni intellekt funksiyaları üçün ödənişlər tətbiq oluna bilər. Hansı funksiyaların ödənişli olacağı və onlara girişin nə qədər başa gələcəyi hələlik dəqiqləşdirilməyib. Bütün funksiyalara girişin necə paylanacağı da hələ aydınlaşdırılmayıb - abunə paketində və ya hər rejim üçün ayrıca ödəniş etməklə", deyə sənəddə qeyd edilir.
Избранный
4
3
moderator.az

4Источники