RU

Xaçmazda Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib.

Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib.
Xaçmaz rayonunda Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 106-cı ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə Xaçmaz şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi qanunvericilik islahatları nəticəsində ölkəmizdə insan hüquqlarının hərtərəfli bərqərar olması təmin edilib. Dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi sahəsində yorulmadan xidmət göstərir.
Xaçmaz rayon prokuroru Rəşad Məmmədov prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması və strukturunun təkmilləşdirilməsi istiqatində görülən işlərdən danışıb. Bildirib ki, prokurorluq orqanları əməkdaşları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Digər çıxış edənlər də prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayıblar.
Избранный
4
1
xalq.az

2Источники